"Borussiya" yeni baş məşqçisini açıqladı

15:51 - 13 Aprel 2021

"Borussiya"nın (Mönhenqladbax) yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra hazırda "Ayntraxt"a rəhbərlik edən Adolf Hütter çalışdıracaq. Onunla 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb.

 

51 yaşlı mütəxəssis iyunun 30-dan sonra işinə başlayacaq. O, bu postda Dortmund "Borussiya"sına keçəcək Marko Rozeni əvəzləyəcək.

 

Hütter 2018-ci ildən "Ayntraxt"ı çalışdırır.

Xəbər xətti