Milli Yunanıstana darmadağınla qalib gəldi

21:47 - 14 Aprel 2021

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin son turunda bu gün Yunanıstan yığması ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan oyunda millimiz 4:0 hesablı qələbə qazanıb.

 

Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqəni 1-ci yeri tutmaqla təmin edib.

 

Futzal, Avropa çempionatı, seçmə mərhələ

14 aprel

Azərbaycan – Yunanıstan 4:0
Qollar
: Fineo, 3. Q.Panayotis, 14-öz qapısına. İ.Atayev, 16. R.Çovdarov, 25.
Hakimlər: Hakimlər: Yaroslav Vovçok, Yevgen Xordienko (hər ikisi Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Saniyəölçən: Hikmət Qafarlı
Hakim-inspektor: Andreas Demetriou (Kipr)

 

Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 12. Rövşən Hüseynli (q), 19. Cavad Məmmədov (q), 3. Tyaqo Bolinya, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

 

Yunanıstan: 12. Dimitris Zervas (q), 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qusis Panayotis, 16. Marios Ntatis, 1. Teofilu Dimitrios (q), 5. Floros Axilleas, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. İoannis Delaportas, 11. Apostolos Gkaifillias, 10. Spiridon Papadopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: Yannis Ziavas.

Xəbər xətti