"Real" və "Mançester Siti" yarımfinalda

00:59 - 15 Aprel 2021

Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 1/4 finalın ilk oyununda Madriddə "Liverpul"a 3:1 hesabı ilə qalib gələn "Real" səfərdə üstünlüyü qorumağı bacarıb. Matçda hesab açılmayıb və "kral klubu" yarımfinala yüksəlib.

 

1 həftə öncə "Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə Dortmundda geridönüş etməyi bacarmayıb. İngilislər səfərdə də eyni hesabla qələbə qazanıb.

 

Ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.

 

Çempionlar Liqası
1/4 final (cavab oyunları)

14 aprel

 

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar
: Bellinqem, 15 - Mahrez, 55 (pen.), Foden, 75
İlk oyun - 1:2

 

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0
İlk oyun - 1:3

Xəbər xətti