"Çelsi"dən yarımfinal rekordu

13:43 - 14 Aprel 2021

Çempionlar Liqasının 1/4 finalında "Portu”nu mübarizədən kənarlaşdıraraq (2:0, 0:1) yarımfinala yüksələn "Çelsi" yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi ÇL-də 8-ci dəfə yarımfinala yüksələn ilk İngiltərə klubudur. Belə nəticə turnirin Çempionlar Liqası adlandırıldığı 1992/93 mövsümündən sonra rekord hesab edilir.

 

"Mançester Yunayted” 2-ci (7 dəfə), "Liverpul” 3-cü (5), "Arsenal” (2) 4-cüdür.

Xəbər xətti