"Fənərbaxça"dan "Ştutqart"a keçdi

14:29 - 14 Aprel 2021

Almaniyanın "Ştutqart" klubu "Fənərbaxça"nın futbolçusu Ömər Faruk Bəyazı heyətinə qatıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Faruk Bundesliqa təmsilçisinə iyunun 30-da azad agent statusu ilə qoşulacaq.

 

Bəyaz bu mövsüm İstanbul təmsilçisində 3 oyun keçirib.

Xəbər xətti