"Çempionlar Liqasını qazanmaq istəyirik" - PSJ-nin prezidenti

15:46 - 14 Aprel 2021

Çempionlar Liqasının 1/4 finalında "Bavariya"nı mübarizədən kənarlaşdıran PSJ-nin prezidenti Nasser Əl-Xələfi iddialı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri turnirin qalibi olmaq istədiklərini deyib:

 

"Məqsədimiz finala yüksəlib, Çempionlar Liqasının qalibi olmaqdır. Biz bu oyunda möhtəşəm işlər gördük. Komandamız rəqibinə 3-4 qol vura bilərdi, amma əsas olan nəticədir və biz yarımfinaldayıq. "Barselona" və "Bavariya"nı ÇL-dən kənarlaşdırdıq. Turnirin qalibi olmaq üçün hər şeyimiz var. Buna görə çox maliyyə xərcləmişəm".

Xəbər xətti