Linqard nəhənglərin hədəfində

16:16 - 14 Aprel 2021

"İnter" "Mançester Yunayted"in vingeri, icarə əsasında "Vest Hem"də çıxış edən Cessi Linqardı transfer etmək istəyir.

 

Sportal.az ESPN-ə istinadla xəbər verir ki, Milan təmsilçisi İngiltərə millisinin üzvü üçün "qırmızı şeytanlar"a təklif göndərəcək. Məlumatda 28 yaşlı futbolçu ilə PSJ və Madrid "Real"ının da maraqlandığı vurğulanıb.

 

Linqard "Vest Hem"in heyətində Premyer Liqada keçirdiyi 9 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti