Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda

12:12 - 15 Aprel 2021

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Braziliyanın “Globoesporte” nəşri olimpiadanın başlamasına 100 gün qalmış müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

 

Siyahıda Azərbaycan karateçisi Rafael Ağayev də yer alıb. 5 qat dünya və 11 qat Avropa çempionu olan Ağayev, karate idman növü üzrə siyahıda yer alan tək idmançı olub.

 

100 nəfərlik siyahıda Braziliya millisinin futbolçusu Neymar, isveçrəli tennisçi Rocer Federer, serbiyalı tennisçi Novak Cokoviç, amerikalı basketbolçular - Stefen Karri, Lebron Ceyms kimi ulduzlar da yer alıb.

 

Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul-8 avqust aralığında keçiriləcək.

Xəbər xətti