"Arsenal"ın futbolçusu malyariyaya yoluxdu

17:17 - 16 Aprel 2021

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq malyariyaya yoluxub.

 

Sportal.az xəbər verir ki, qabonlu hücumçu bu səbəbdən xəstəxanaya yerləşdirilib. 31 yaşlı futbolçu sosial hesabında xəstəliyə Qabon yığmasının düşərgəsində olarkən yoluxduğunu bildirib.

 

Obameyanq bu mövsüm keçirdiyi 33 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti