Ronaldo indi də eynək işinə girişdi

17:48 - 16 Aprel 2021

Futboldan əlavə sahələrə yatırım edən "Yuventus"un hücumçusu Kriştiano Ronaldo bu dəfə eynək markasını tanıdıb.

 

Sportal.az xəbər verir ki, markanın reklam çəkilişində ulduz futbolçu özü yer alıb. "CR7-eyewear" markalı eynəklər internet üzərində satışa çıxarılıb. Gözlüklərin qiymətləri 63-173 avro arasında dəyişir.

 

Ronaldo daha öncə 5 ulduzlu otel, geyim, mobil tətbiq və ayaqqabı sahələrinə yatırım edib, öz adını verib.

Xəbər xətti