Şahruddinin başına 25 tikiş qoyuldu

00:00 - 17 Aprel 2021

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub. 

 

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Xəbər xətti