Nuriyev və Əhmədzadə "Minay"a qələbə qazandırdı - VİDEO

13:13 - 18 Aprel 2021

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” evdə “Desna”ya qalib gəlib – 3:1.

 

Hər iki futbolçu start heyətdə oyuna çıxıb. Nuriyev sonadək oynayıbsa, Əhmədzadə 66-cı dəqiqədə əvəzlənib.

 

Nuriyev 23 və 39-cu dəqiqədə fərqlənməklə dubla imza atıb. Əhmədzadə isə Anatolinin ikinci qolu zamanı məhsuldar ötürmə müəllifi olub. İlk qolunu penaltidən vuran Anatoli komandasının üçüncü qolunda da məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Minay” 18 xalla 14 komanda arasında 12-cidir.

 

Oyunun icmalıhttps://youtu.be/Iq5Thm5m59o

Xəbər xətti