Messidən rekord

14:14 - 18 Aprel 2021

"Barselona"nın hücumçusu Lionel Messi yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu bunu İspaniya kubokunun finalında "Atletik"lə matçda (4:0) bacarıb.

 

Dubl edən 32 yaşlı hücumçu İspaniya kubokununda finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Bununla da o, "Atletik"in keçmiş futbolçusu Telmo Sarrunu (8 qol) geridə qoyub.

 

Messi bu mövsüm qollarını 31-ə yüksəldib və ardıcıl 13 mövsüm 30 qol baryerini aşıb.

Xəbər xətti