"Fənərbaxça"da ciddi itki - Avropa çempionatını da buraxacaq

15:15 - 18 Aprel 2021

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın qapıçısı Altay Bayındır zədələnib. Məşq zamanı əlindən ağır xəsarət alan 23 yaşlı qolkiper tibbi müayinədən keçib. Biləyində sınıq aşkarlanan əlcək sahibi əməliyyat edilib.

 

Gənc qapıçı ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcəyi dəqiqləşib.

Xəbər xətti