Fəriddən məhsuldar ötürmə

23:57 - 18 Aprel 2021

Çex Respublikasının 2-ci liqasında 19-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” evdə “Usti-nad-Labem"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Fərid start heyətdə meydana çıxıb. O, 5-ci dəqiqədə komandasını yeganə qolunun ötürməsini verib və 61-ci dəqiqədə əvəzlənib.

 
“Viktoriya” 26 xalla 7-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti