Arazdan məhsuldar ötürmə

10:44 - 20 Aprel 2021

Türkiyə I Liqasında XXXI turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Bandirmaspor"a qalib gəlib - 3:2.

 

Araz start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının 3-cü qolunun ötürməsini də Araz verib.

 

Hazırda 38 xalı olan "Boluspor" 18 komanda arasında 12-cidir.

Xəbər xətti