Ayxan Abbasov: "Qurban Qurbanovla heç bir incikliyim ola biməz" - MÜSAHİBƏ

13:41 - 23 Aprel 2021

Sportal.az "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun müsahibəsini təqdim edir:

 

- Kubok oyunudan sonra nə oldu ki, emosional, sərt açıqlamalara səbəb oldu.
- Fikrimcə, belə şeylər normal qarşılanmalıdır. Bu, idman mübarizsidir və gərginlik, narahatlıq, narazılıq mümkündür.

 

- Amma oyunsonrası məşqçi açıqlamaları istər-istəməz diqqətləri özünə cəlb edib. Tonun qalxmasına konkret səbəblər nə idi?
- Bu, kubokun yarımfinalıdır. Həlledici mərhələnin biraddımlığındayıq və əlimizdən gələni edirik ki, şansdan yararlanaq. Qarşımızdakı nə olsa da, bir rəqibdir və biz hər rəqibə qarşı qalib gəlmək istəyini, hirsini meydana qoyuruq.

 

- Amma Qurbanovun təmkinini saxlaya bilməməsi, onlara qarşı sərt oyunun xeyli zədəyə səbəb olduğunu qabartması...
- Niyəsə belə təəssürat yaradılırmı, ya bilmirəm, necə əmələ gəlir bu tip fikirlər – biz nəinki “Qarabağ”, hər hansı rəqibə qarşı bilərəkdən kobud oynamırıq. Bunu iddia etmək doğru deyil. Bir baş məşqçi öz oyunçusunua bunu necə tapşıra bilər, axı sabah öz oyunçusuna da rəqib ola bilər.”Qarabağ”a qarşı sərt oynamasan, mümkün deyil nəsə edəsən. Bunun yolu budur, elə “Neftçi”yə qarşı da... Bu tip komandalarla rahat futbol oynamaqla yaxşı nəticə qazanmaq mümkünsüzdür, məcbursan  sıx və sərt futbola üstünlük verəsən. Və məncə, bu, belə olsa daha yaxşıdır. İnkişafın yolu bu cürdür. İstəməzdim ki, belə yozulsun – biz bilərəkdən kobud futbol oynaya bilmərik, bu sonra özümüzə problem ola bilər.

 

- Qurbanovun narazılıq tərkibli açıqlamalarına qaşılıq verdiyiniz hiss olunur. Futbol ictimaiyyətində xam qənaətlər də formalaşıb – arada inciklik var...
- Qətiyyən elə şey yoxdur. Qurbanovla heç bir incikliyim ola biməz. Biz gənc məşqçilərin əksəriyyəti Qurban müəllimin dəstəyi ilə bu yola balamışdıq, ondan öyrənmişdik. Qurbanov bu yolda ədalətli olmağı əsas meyar hesab etdiyini daim deyirdi.  Biz də daim onu düzgünlük tərəfdarı adlandırımışıq, o cür təqdim etmişik. O, bizimçün həm də yerli məşqçilərin ağsaqqalıdır. Mən olanlara sadəcə idman rəqabəti kimi baxıram və bu tərbiyəni də ondan almışıq. Hələ “Zirə”də olarkən belə fikirlər formalaşmdırılmışdı ki, guya biz “Qarabağ”la çempionluq mübarizəsi aparan “Qəbələ”yə bilərəkdən çətinlik yaratmağa can atırıq. Halbuki həmin mövsüm “Qarabağ” çempionluğu təmin etsə də, bizimlə oyunda qalib gəldi və mükafatlardan məhrum olduq. Bizimçün idman prinsiplərinə xəyanət yoxdur.

 

- Ətraflı və səmimi cavablarınız xoşdur. Elə bu ab-havanı yaxalamışkən bir az subyektiv fikirlərdən doğan, bir az da son ərəfələrin ictimai rəyindən pay götürən bir fikrə sizdən münasibət alım. İndiki zamanda bir az qribə səslənsə də - milli komandaya iddialısınızmı. Daha təfsil desəm, iddianız, məqsədiniz varmı?
- Ələttə, səmimi cavab verəcəm. O vaxt hansısa oyundan sonra mətbuat konfransında jurnalistlərdən biri analoji sualı vermişdi, ancaq o, konkret U-21 ilə bağlıydı. Həmin vaxt cavabım yanlış anlaşılmışdı. Demişdim ki, bu gün “Sumqayıt”ın baş məşqçisiyəm və bu durumda U-21-ə getməyim, bir növ, geri addım olar, əsas komanda olsa yenə, hə... Hər halda, Premyer Liqa təmsilçisini çalışdırmaq daha prestijlidir. Bilmirəm nədən yaxşı qarşılanmamışdı, bəzi yerlərdə “Ayxan artıq “şişdi” tipli fikirlər də oldu. Amma mənim fikrim o mənada deyildi. Təbii ki, U-21 çalışdırmaq şərəf olar və həvəslə bu işi görərdim.  Qaldı ki, əsas illi komadanı çalışdırmaq sualına. Bilirsiz, bu suala kokret müsbət cavab vermək də, yaxud verməmək də doğru anlaşılmaya bilər. İddianı bildirsən, düşünülər ki, hələ tezdi, yaxud nə ehtiyac. İmtina etsən onda da deylər ki, qorxdu və s. Amma bu işi görürüksə, hər birimizçün ali məqsəd milli komandanı çalışdırmaq istəyi olmalıdır. Bayaqkı sualın oxşarı bir dəfə də Rəşad Sadıqovla bağlı mənə verilmişdi. Həmin ərəfələr ki, gənc məşqçilərin millini çalışdırmasını məqbul bilməyənlər vardı, guya tərübə toplamaq lazımdır ə s. Ancaq mən bununla razı deyiləm. Bu gün Ukrayna millisini çalışdıran Andrey Şevçenko, Uelsin baş məşqçisi Rayan Giqqs birbaşa millidən başlayıblar və çox uğurludurlar. On ildən çox baş məşqçi işləyib, milliyə təyin olunanda uğursuz olmaq mümkündü. Yəni burda təcrübədən başqa da xeyli vacib krtiteriyalar var. Bizə gənc məşqçi deyib, bu yollara hazır bilməyənləri haqlı hesab etmirəm. Gənc məşqçi nəslindən əksəri bəzən bir klubda 3 il və daha artıq çalışıb, yaxşı iş qoyub ortaya. Gənc deyib, layiq bilməmək anlaşılmaz olur. Bir sözlə, milli komandada çalışmağı qarşısına məqsəd qoymayan məşqçi, deməli, iddialı deyil.  

Xəbər xətti