"Zirə" - "Keşlə" oyununda qalmaqal

21:59 - 29 Aprel 2021

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Zirə" "Keşlə"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, matçın sonlarında meydanda gərgin anlar yaşanıb. Epizodların birində qonaq komandanın futbolçusu Anatole Abanq rəqib cərimə meydançasında topsuz epizodda yerdə qalıb. Baş hakim Elçin Məsiyev köməkçisi ilə məsləhətləşdikdən sonra penalti təyin edib. Ancaq ardınca o, bir qədər fasilə verib və qulaqlıq vasitəsilə kiminləsə məsləhətləşib. Bundan sonra Məsiyev qərarının üstündə qalıb.

 

Epizodun yayımçı telekanal "CBC Sport" tərəfindən təqdim edilən təkrarında orda nə baş verdiyi tam anlaşılmayıb.

 

Referi penalti təyin etməklə yanaşı "Zirə"nin futbolçusu Lazar Corceviçə və sərt etiraz edən Rəşad Sadıqova qırmızı vərəqə göstərib.

 

Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirib və hesabı komandasının xeyrinə dəyişib - 2:1.

Xəbər xətti