"Ayaks" çempion oldu

20:33 - 2 May 2021

Niderland Erdiviziyasında 2020/2021 mövsümünün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Ayaks" 31-ci turda evdə "Emmen"ə 4:0 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.

 

Bu qələbə ilə xalını 79-a yüksəldən Amsterdam təmsilçisi 3 tur qalmış ən yaxın izləyicisi PSV üçün əlçatmaz olub. Bu, "Ayaks"ın 35-ci çempionluğudur.

Xəbər xətti