Joze Alesio Zaur Axundova hesabat verdi

13:04 - 3 May 2021

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, Görüşdə milli komandanın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib, gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb.

 

Alesio Azərbaycan milli komandasına yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.  

 

Xəbər xətti