Azərbaycanlı iş adamının oğlu “Spartak”ın idarə heyətində

15:30 - 3 May 2021

Rusiyanın “Spartak” klubunun direktorlar şurasında dəyişikliklər olub.

 

Sportal.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib. Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib.

 

Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur.

 

Zarema Salihova isə Moskva klubunun prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.

Xəbər xətti