Villaş-Boaş Portuqaliya rallisində yarışacaq

11:11 - 5 May 2021

Portuqaliyalı baş məşqçi Andre Villaş-Boaş ralli üzrə dünya çempionatında iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Portuqaliya rallisində yarışacaq. O, kiçik seriya sayılan WRC3-də "Sitroen" komandasının uğuru üçün çalışacaq.

 

Portuqaliya rallisi mayın 20-dən 23-dək keçiriləcək. 43 yaşlı mütəxəssis daha əvvəl 2018-ci ildə "Dakar" ralli-marafonunda iştirak edib.

 

Portuqaliyalı mütəxəssis "Portu", "Çelsi", "Tottenhem" və "Marsel" klublarını çalışdırıb.

Xəbər xətti