AFFA finala azarkeş buraxılması üçün Operativ Qərargaha müraciət etdi

19:19 - 5 May 2021

AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədiklərini bildirib: "Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik".

 

Mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan Kubokunun final oyununda "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.

Xəbər xətti