Olimpiya çempionumuz lisenziya qazana bilmədi

14:39 - 9 May 2021

Radik İsayev (80 kq+) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edib.

 

Sportal.az xəbər verir ki, olimpiya çempionumuz yarımfinalda makedoniyalı Dejan Georgievskiyə 6:13 hesabla uduzduğu üçün olimpiadaya lisenziya qazana bilməyib.

 

Turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

 

Daha öncə Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Xəbər xətti