Premyer Liqanı tərk edəcək 3-cü klub da müəyyənləşdi

17:17 - 11 May 2021

İngiltərə Premyer Liqasını mövsümün sonunda tərk edəcək 3-cü klub da müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Fulhem" 35-ci turda evdə "Börnli"yə 0:2 hesabı ilə uduzmaqla Çempionşipə yuvarlanıb.

 

London təmsilçisi ötən mövsüm Premyer Liqaya yüksəlmişdi. Bundan əlavə, “Şeffild Yunayted” və “Vest Bromviç” də Çempionşipə düşən klublardır.

Xəbər xətti