"İldə 60 qol vuran futbolçunu satarlar?"

14:41 - 15 May 2021

"Bayern"in idarə heyətinin sədri Karl-Hayns Rummeniqe komandanın hücumçusu Robert Levandovskinin klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, rəhbər şəxs polşalı futbolçunu satmaq fikrində olmadıqlarını deyib:

 

"Levandovskinin komandadan ayrılacağını düşünmürəm. Onun satılacağını kim deyib ki? İldə 60 qol vuran futbolçunu kim satar? Futbolçunun agenti də transfer düşüncəsindən uzaq olduqlarını deyib".

 

32 yaşlı futbolçu Münhen klubunda keçirdiyi 327 oyunda 292 qol vurub.

Xəbər xətti