Türkiyə millisinin yoldaşlıq görüşü ləğv edildi

13:13 - 16 May 2021

Türkiyə millisinin Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.

 

Sportal.az xəbər verir ki, buna səbəb ölkədə koronavirusa görə tətbiq edilən sərt karantin rejimidir. Bu səbəbdən Şimali İrlandiya yığması Türkiyəyə getməkdən imtina edib.

 

Bu qarşılaşma mayın 31-də keçirilməli idi.

 

Türkiyə millisi mayın 27-də Alanyadakı “Oba” stadionunda Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti