Ayaz Quliyevin "Rostov"a keçidi baş tutmadı

14:36 - 20 May 2021

"Spartak"dan ayrılan Ayaz Quliyevin Rusiyanın “Rostov” klubuna keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, tərəflər müqavilə şərtlərində razılığa gələ bilməyiblər. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Axmat”la danışıqlar aparır.

 

Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. Moskva klubu ötən həftə Quliyevin müqaviləsinə xitam verib.

 

Xəbər xətti