Final Əliyar Ağayevə tapşırıldı

00:35 - 23 May 2021

Azərbaycan kubokunun finalında keçiriləcək "Keşlə" - "Sumqayıt" oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə Elşad Abdullayev olacaq.

 

Mayın 24-ü “Bank Respublika Arena”da keçiriləcək həlledici matç saat 19:30-da başlayacaq.

Xəbər xətti