"Neftçi"nin ilk rəqibi məlum oldu: "Legiya"

13:55 - 30 May 2021

"Neftçi"nin yoxlama oyunundakı ilk rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Legiya" klubu ilə qarşılaşacaq. Bu matç iyunun 20-də Avstriyanın Zalsburq əyalətinin Leoqanq kommunasında keçiriləcək.


Çempionlar Liqasında çıxış edəcək "Neftçi" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri isə iyulun 13-14-də keçiriləcək. 

Xəbər xətti