Daha 3 aparıcı futbolçu "Səbail"dən ayrıla bilər

15:23 - 2 İyun 2021

"Səbail" daha 3 legioner futbolçusu ilə yollarını ayıra bilər.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyevin "Report"a verdiyi məlumata görə, qapıçı Nikolas Hagen, müdafiəçi Ali Sisey və yarımmüdafiəçi Hendrik Ekşteyn hələ ki, klubun təklifi ilə razılaşmır.

 

40 yaşlı mütəxəssis bildirib ki, sözügedən oyunçular hazırda ölkələrindədir və "Səbail"in təklifi onları qane etməyib.

 

Hacıyev yeni mövsümün hazırlıqlarına iyulun əvvəlində başlamaq istədiklərini söyləyib.

 

Gənc baş məşqçi komandadakı təcrübəli yerli futbolçular - Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və Rahid Əmirquliyevin taleyinin qeyri-müəyyən olduğunu sözlərinə əlavə edib.

 

"Səbail" daha əvvəl Şimali Makedoniyadan olan Florian Kadriu, Milovan Petrovik və gürcüstanlı Luka İmnadze ilə yollarını ayırıb.

Xəbər xətti