Bentekenin müqaviləsi uzadıldı

14:05 - 3 İyun 2021

İngiltərənin "Kristal Pelas" klubu hücumçusu Kristian Bentekenin müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü daha iki il London klubunda çıxış edəcək.

 

30 yaşlı Konqo əsilli forvard 2016-cı ildə 31,2 milyon avro qarşılığında "Liverpul"dan "qartallar"a keçib. Benteke başa çatan mövsüm Premyer Liqada keçirdiyi 30 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti