"İnter" yeni baş məşqçisini açıqladı

15:48 - 3 İyun 2021

"İnter"in yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Milan klubunu bundan sonra Simone İnzaqi çalışdıracaq. O, bu postda istefa vermiş Antonio Konteni əvəz edib.

 

45 yaşlı mütəxəssis son olaraq "Latsio"nu çalışdırırdı.

 

İnzaqi 2015-ci ildən çalışdırdığı “Latsio”ya 2 dəfə İtaliya Super kubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırıb.

Xəbər xətti