"Fənərbaxça" italiyalı hücumçu üçün hərəkətə keçdi

15:53 - 4 İyun 2021

Hücum xəttini gücləndirmək istəyən "Fənərbaxça" hərkətə keçib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"in futbolçusu Fabio Borinini transfer etmək istəyir. "Sarı-lacıvərdlilər" bu keçidi həll etmək üçün təklifini hazırlayır.

 

"Qaziantep"in 30 yaşlı futbolçu üçün az məbləğdə təzminat tələb etdiyi bildirilir.

 

Borini ötən mövsüm Super Liqada keçirdiyi 20 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

İtaliya millisinin keçmiş üzvü "Çelsi", "Liverpul", "Parma", "Roma", "Milan", "Verona" kimi klublarda çıxış edib.

Xəbər xətti