Burak Yılmaz ilin futbolçusu oldu

17:46 - 4 İyun 2021

Fransa çempionu “Lill”də 2020/2021 mövsümünün ən yaxşı futbolcusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada komandanın hücumçusu Burak Yılmaz layiq görülüb. Türkiyə millisinin üzvü azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

 

35 yaşlı futbolçu “çoban itləri”ndə keçirdiyi 33 oyunda 18 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti