U-19 millisi Moldovaya uduzdu

15:36 - 6 İyun 2021

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Xəbər xətti