Maurisio Sarrinin yeni iş yeri

00:05 - 9 İyun 2021

Son olaraq "Yuventus"u çalışdıran Maurisio Sarrinin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis bundan sonra "Latsio"nun baş məşqçisi olacaq. O, bu postda "İnter"ə yollanan Simone İnzaqini əvəzləyib.

 

Roma təmsilçisi 62 yaşlı mütəxəssislə 2 illik razılığa gəlib. Sarrinin illik maaşı 3,5 milyon avro olacaq.

Xəbər xətti