"Neftçi"nin potensial rəqiblərinin sayı 4-ə endi

00:04 - 15 İyun 2021

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan çempionu "Neftçi"nin də rəqibi məlum olacaq.

 

Sportal.az xəbər verir ki, püşkdən əvvəl UEFA komandaları qruplara bölüb. "Neftçi"nin də potensial rəqiblərinin sayı 4-ə enib.

 

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

 

Püşatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Xəbər xətti