Portuqaliya Macarıstana, Fransa Almaniyaya qalib gəldi

01:01 - 16 İyun 2021

Avro-2020-nin qrup mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, 5-ci oyun günündə 2 matçla 1-ci tura yekun vurulub.

 

F qrupunda son Avropa çempionu Portuqaliya Macarıstanla qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Günün ən maraqla gözlənən görüşündə isə son dünya çempionu Fransa ilə Almaniya üz-üzə gəlib. Bu görüşdə Fransa qələbə qazanıb - 1:0.

 

Avropa çempionatı

F qrupu, 1-ci tur

 

20:00. Macarıstan - Portuqaliya - 0:3

Qollar: Rafael Qerreyru, 84, Kriştiano Ronaldo, 84. 90+2 (pen.)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"

 

23:00. Fransa - Almaniya - 1:0

Qol: Mats Hummels, 20 (öz qapısına)

Baş hakim: Karlos del Serro Qrande

Münhen, "Münhen Futbol Arenası"

Xəbər xətti