“Neftçi”də yeni müqavilə

00:00 - 17 İyun 2021

“Neftçi” PFK müdafiəçi Voyislav Stankoviç ilə müqavilənin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.


33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.

 

Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub

Xəbər xətti