Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzdu

14:22 - 18 İyun 2021

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisi 2:7 hesabı ilə məğlub olub. Azərbaycan yığmasının heyətində Amid Nəzərov və Sabir Allahquliyev fərqlənib.

 

Azərbaycan millisi növbəti oyununu bu gün Ukraynaya qarşı keçirəcək.

Xəbər xətti