"Sumqayıt"da yeni qapıçı

15:57 - 18 İyun 2021

“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Tərlan “Sumqayıt” FK-da 1 nömrəli formanı geyinəcək.

 

2012-2017-ci illər arasında da "Sumqayıt"da çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb.

Xəbər xətti