Azərbaycan kubokunda səfər qolu ləğv edilir?

17:47 - 25 İyun 2021

Futbol üzrə Azərbaycan Kubokunda səfər qolunun ləğvi məsələsi müzakirə edilir.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

 

Onun sözlərinə görə, hələ ki, bu yöndə konkret bir şey yoxdur: "Futbolla bağlı bütün məsələləri müzakirə edirik. Amma yekunda necə olacaq, o barədə məlumatım yoxdur".

 

 

UEFA avrokuboklarda səfər qolu qaydasını ləğv edib. Azərbaycan Kubokunun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, bu qayda 1/4 və 1/2 final matçlarında tətbiq edilir.

Xəbər xətti