İtaliya – İspaniya matçının təyinatları

11:58 - 5 İyul 2021

AÇ-2020-nin yarımfinal mərhələsində İtaliya – İspaniya matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı almaniyalı referi Feliks Brix idarə edəcək. Yan xətt hakimləri Mark Borş və Ştefan Lupp olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək.
 

İyulun 6-da Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər xətti