AÇ-2020: İlk finalçı İtaliya oldu

01:44 - 7 İyul 2021

AÇ-2020-də yarımfinal mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk finalçı İtaliya və İspaniya oyunundan sonra müəyyənləşib. Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Penaltilər seriyasında daha dəqiq oynayan İtaliya finala yüksəlib.

 

Digər yarımfinal matçında İngiltərə və Danimarka qarşılaşacaq.

 

AÇ-2020, yarımfinal

İtaliya – İspaniya - 1:1 (pen. 4:2)
Qollar
: Federiko Kyeza, 60 – Alvaro Morata, 80.

Xəbər xətti