Azərbaycan millisinin üzvü Macarıstan klubunda

11:40 - 10 İyul 2021

Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova yenidən Macarıstanda çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, voleybolçumuz keçmiş komandası “Vaşaş”a qayıdıb.

 

Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Ayşən 2018-2020-ci illər aralığında məhz Budapeşt təmsilçisinin uğurları üçün çalışıb. Mərkəz oyunçusu bu komandada keçirdiyi iki mövsüm ərzində həm ölkə çempionu olub, həm də Macarıstan kubokunu qazanıb.

Xəbər xətti