"İngiltərənin ehtiyat oyunçular skamyası Avropa çempionu ola bilər" - Kyellini

11:56 - 10 İyul 2021

İtaliya milli komandasının kapitanı Corcio Kyellini Avropa çempionatında İngiltərə ilə oynayacaqları final matçı haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi İngiltərəni məğlub etməyin çətin olacağını bildirib:

 

"Onlar baxımlı oyun oynamasalar da, məğlub etmək çətin olacaq. Avropa çempionatı başlamamış İngiltərənin favorit olduğunu düşünürdüm. Dünya çempionatında yarım final oynayıblar. İngiltərənin Avropa çempionatında finala yüksələcəyini təxmin etmək olardı. Çünki 7 matçın 6-nı evlərində oynadılar".

 

"Yuventusun"un futbolçusu İngiltərənin güclü heyətinin olduğunu qeyd edib:

 

"Harri Keyn hər zaman çox sevdiyim futbolçu olub. Amma İngiltərə sadəcə Keyndən ibarət deyil. Cinahlardan hücum edən mükəmməl oyunçuları var. Sadəcə ehtiyat oyunçular skamyası Avropa çempionu ola bilər. Cek Qreliş, Ceydon Sanço, Markus Reşford, Lakvert Lyuin və Fil Foden kimi oyunçular var. Heç kəsin qorxmadığı və iki komandanın da bir-birinə hörmətlə yanaşacağı bir futbol matçı olacaq".

Xəbər xətti