UEFA-dan macarlara cəza

18:52 - 10 İyul 2021

UEFA İntizam Komitəsi Macarıstan Futbol Federasiyasını cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna macar azarkeşlərin AÇ-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.

 

Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına məruz qalıb.

 

Federasiya isə 100 min avro cərimələnib.

Xəbər xətti