Kopa Amerikanın qalibi məlum oldu - VİDEO

10:04 - 11 İyul 2021

Amerika kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da "tanqoçular" 28 ildən sonra bu turnirin qalibi adını qazanıb. Bu, Argentinanın Kopa Amerikada 15-ci titulu olub.

 

Argentina - Braziliya - 1:0

Qol: Anxel Di Mariya, 22

 

Xəbər xətti