"Borussiya" Niderland millisinin üzvünü transfer edir

19:01 - 16 İyul 2021

Ceydon Sançonu "Mançester Yunayted"ə satan "Borussiya" boşluğu doldurmaq üçün hərəkətə keçib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi PSV-nin vingeri Donyell Maleni heyətinə qatmaq istəyir. Bundesliqa klubu 22 yaşlı futbolçu üçün qarşı tərəfə 25 milyon avro təklif edib.

 

Futbolçunun italiyalı agenti Mino Rayola bu keçidi həll etmək üçün səfərbər olub. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

 

Niderland millisinin üzvü  ötən mövsüm keçirdiyi 45 oyunda 27 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti